Modern.az

Rusiya yunan diplomatları ölkədən QOVDU

Rusiya yunan diplomatları ölkədən QOVDU

Dünya

27 İyun 2022, 19:36

Moskvada səkkiz yunan diplomatı "persona non-qrata" elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb.

 

Qeyd olunub ki, Yunanıstanın Rusiya Federasiyasındakı səfiri Ketrin Nassika Xarici İşlər Nazirliyinə çağırılıb, ona Afinanın Moskvaya qarşı qarşıdurma kursu, rus diplomatlarının "persona non-qrata" elan edilməsi, o cümlədən Kiyevə silah-sursat tədarükü ilə bağlı etiraz edilib. 

 

"Onlar səkkiz gün ərzində ölkəni tərk etməlidirlər", - Rusiya XİN-dən bildirilib.

 

Qeyd olunub ki, Moskvanın addımları Yunanıstanın qeyri-dost hərəkətlərinə cavabdır, buna görə məsuliyyət Afinanın üzərinə düşür.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi