Modern.az

Cüneyt Arkın vəfat etdi

Cüneyt Arkın vəfat etdi

Dünya

28 İyun 2022, 09:52

Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

 

Bu gün 84 yaşlı aktyorla vida mərasimi keçiriləcək.

 

"Yeşilçam"ın unudulmaz sənətçisi Arkın 1937-ci ildə anadan olub. Əsl adı Fəxrəddin Cüreklibatur olan aktyor "Cüneyt Arkın" adı ilə məşhurlaşıb.

 

O, İstanbul Universitetinin Tibb fakültəsini bitirib. 1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino rəssamları müsabiqəsinə qatılıb və birinci yerə layiq görülüb. O, 1963-cü ildə hərbi xidmətdə olarkən 1-ci Hava Reaktiv Bazasında rejissor Halit Refiqlə tanış olmasını kariyerasında dönüş nöqtəsi adlandırıb.

 

Aktyor, əsasən “Yeşilçam”ın əfsanəvi ulduzları - Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla birgə filmlərdə rol alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi