Modern.az

Rusiya Baydenin xanımı və qızına sanksiya tətbiq etdi

Rusiya Baydenin xanımı və qızına sanksiya tətbiq etdi

Dünya

28 İyun 2022, 13:24

Rusiya ABŞ Prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Bayden, qızı Eşli Bayden və Senat üzvlərinə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, bununla da 936 ABŞ vətəndaşının Rusiyaya girişinə qadağa qoyulub.

 

Rusiya XİN-dən bildirilib ki, bu addım ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı daim genişlənən sanksiyalarına cavab olaraq atılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi