Modern.az

Gürcüstanda buğda və arpa ixracı qadağan edilir

Gürcüstanda buğda və arpa ixracı qadağan edilir

Dünya

28 İyun 2022, 14:28

Gürcüstan hökuməti iyulun 4-dən etibarən yerli istehsal buğda və arpa ixracına qadağa tətbiq edəcək.

 

Modern.az xarici KİV-lərə sitinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirib.

 

Qeyd olunur ki, qərar Gürcüstanda taxıl qıtlığının qarşısının alınması məqsədilə verilir.

 

Qərarda bildirilir ki, regionda yaranmış mövcud vəziyyətə nəzərə alınaraq 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 4-dək yerli istehsal buğda və arpa yalnız daxili bazarda reallaşdırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi