Modern.az

Dördtərəfli görüş: Türkiyə mövqeyini dəyişmədi - YENİLƏNİB

Dördtərəfli görüş: Türkiyə mövqeyini dəyişmədi - YENİLƏNİB

Dünya

28 İyun 2022, 22:21

NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər.

 

Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub. Türkiyə mətbuatı danışıqlarda rəsmi Ankaranın mövqeyinin dəyişilməz olduğunu bildirib.

 

Bundan öncə Prezident Ərdoğan dəfələrlə qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, alyansın 70 ildir üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar.

 

İsveçin xarici işlər naziri Anna Linde isə vurğulayıb ki, Krallığın NATO-ya daxil olmaq üçün müraciəti barədə Türkiyə ilə danışıqlarda irəliləyiş olub.

 

“Biz irəliləmişik, lakin daha uzağa getmək üçün siyasi iradə lazımdır. Danışıqlarda adətən olduğu kimi, hələlik heç nə aydın deyil. Bu səbəbdən biz bu gün nə isə pozitiv dəyişiklik olacağına hazırıq, lakin potensial baxımdan bu məsələ çox vaxt tələb edə bilər”, - deyə XİN başçısı qeyd edib.

 

***

20:40

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdalena Andersson və NATO-nun Baş katibi Yens Stoltenberq arasında dördtərəfli görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Liderlərin görüşü İspaniyanın paytaxtı Madriddə keçirilib. Əsas müzakirə mövzusu Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi olub.

 

Görüş təxminən 2 saat davam edib. Fasilədən sonra danışıqların davam etdiriləcəyi bildirilib.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammitində iştirak etmək üçün Madridə gedib.

 

Həmçinin oxuyun:

Ərdoğan, yoxsa NATO: Kim qalib gələcək...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi