Türkiyə İsveç və Finlandiya ilə danışıqlarda bu ölkələrin NATO-ya daxil olmasına razılığa gəlib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinistö bildirib.
Qeyd olunub ki, Türkiyə Madriddə keçiriləcək NATO sammitində Finlandiya və İsveçin alyansa üzvlüyünü dəstəkləyəcək. Ankaranın İsveç və Finlandiyaya hansı şərtlərlə razılıq verdiyi açıqlanmayıb.
Xatırladaq ki, bu gün NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər.