Fransa Milli Assambleyasının 16-cı çağırış deputatlarının ilk sessiyası keçirilib.
Modern.az xəbə verir ki, yeni deputatlar tarixdə ilk dəfə Milli Assambleyaya qadın namizədi sədr seçiblər.
Belə ki, 51 yaşlı xanım deputat Yael Bron-Pive iki tur səsvermədən sonra 462 deputatdan 242-nin səsi ilə Fransa Milli Assambleyasının sədri vəzifəsinə seçilib.
Qeyd edək ki, Assambleyanın hüquq komitəsinin keçmiş rəhbəri Yael Bron-Pive siyasi karyerasına 2017-ci ildə başlayıb. O, bu vəzifəyə seçilən ilk qadın namizəddir.