Modern.az

Zelenski NATO-dan təhlükəsizlik zəmanəti İSTƏDİ

Zelenski NATO-dan təhlükəsizlik zəmanəti İSTƏDİ

Dünya

29 İyun 2022, 15:58

Ukrayna prezidenti Vladimir Zelenski NATO-nu Ukraynaya təhlükəsizlik zəmanəti verməyə çağırıb.

Modern.az xəbər verir ki, Zelenski Madriddə keçirilən NATO sammitində onlayn çıxışı zamanı deyib:

“Bizə təhlükəsizlik zəmanətləri lazımdır və siz ümumi təhlükəsizlik məkanında Ukraynaya yer tapmalısınız”.
 

O, həmçinin Ukraynaya maliyyə və hərbi yardım göstərməyə çağırıb.

“Ukrayna müasir raket əleyhinə və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı duyur və sizdə bu sistemlər var... Ukraynaya maliyyə dəstəyi də silah yardımından az vacib deyil”, - deyə Zelenski əlavə edib.
 

İyunun 28-30-da Madriddə NATO sammiti keçirilir. Tədbirdə 40-a yaxın dövlət və hökumət başçısı iştirak edir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi