Modern.az

Baş nazir vəzifədən gedir

Baş nazir vəzifədən gedir

Dünya

29 İyun 2022, 23:29

İsrailin baş naziri Naftali Bennet qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, yaxın bir neçə saat ərzində baş nazirin mətbuata rəsmi açıqlama verəcəyi gözlənilir.

 

Həmçinin, çərşənbə günü İsrail parlamenti özünün buraxılması haqqında qanun layihəsini yekun oxunuşda qəbul etməlidir.

 

Qeyd edək ki, iyunun 20-də Naftali Bennett və xarici işlər naziri Yair Lapid növbəti seçkilərə qədər koalisiya sazişi çərçivəsində Knessetin buraxılması və kabinet rəhbərinin səlahiyyətlərinin xarici işlər nazirinə verilməsi barədə razılığa gəliblər. İyunun 22-də parlament özünün buraxılması haqqında qanun layihəsinə ilkin oxunuşda səs verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi