Modern.az

Dünyada koronavirusa yoluxma artıb - ÜST

Dünyada koronavirusa yoluxma artıb - ÜST

Dünya

29 İyun 2022, 23:49

Son bir həftə ərzində dünyada 4,18 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8,5 mindən artıq insan isə virusdan ölüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

 

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma halları 18 faiz, ölüm halları isə 3 faiz artıb.

 

"İyunun 13-dən 19-dək koronavirusa 4 182 217 nəfər yoluxub, 8 552 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma halları 18 faiz, ölüm halları isə 3 faiz artıb", - deyə bülletendə bildirilir.

 

Qeyd edək ki, iyunun 29-u üçün koronavirusa yoluxanların sayı 542 188 789 nəfərə, ölənlərin sayı isə 6 329 275 nəfərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi