Modern.az

İsveç və Finlandiya NATO-ya bu tarixdə qoşulacaq

İsveç və Finlandiya NATO-ya bu tarixdə qoşulacaq

Dünya

30 İyun 2022, 15:56

İsveç və Finlandiyanın NATO-ya qoşulması barədə protokol iyulun 5-də imzalanacaq.

 

Modern.az-ın məlumatına görə, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

 

"Ötən gün NATO sammitində İsveç və Finlandiya alyansa qoşulmaları üçün rəsmi dəvət olunub. Bununla bağlı protokolun imzalanması iyulun 5-də hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə baş tutacaq", - deyə NATO rəhbəri bildirib.

 

Qeyd edək ki, ötən gün İsveç və Finlandiya NATO-ya dəvət olunub. Bir neçə gün əvvəl Türkiyə bu ölkələrin üzvlüyünə veto qoymayacağını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi