Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə yenidən telefon danışığı aparacaq.
Modern.az xəbər verir ki, bu barədə o, NATO-nun Madrid sammitindən sonra keçirilən mətbuat konfransı zaman deyib.
Türkiyə liderinin sözlərinə görə, münaqişə tərəfləri ilə taxıl böhranını müzakirə edəcək.
“Bu həftənin sonunda, ya da yeni həftənin əvvəlində mən həm Putin, həm də Zelenski ilə "taxıl dəhlizi" ilə bağlı telefon danışığı aparmağı planlaşdırıram”, - Ərdoğan deyib.
O, həftədə bir və ya on gündə bir Putinlə telefon danışığı apardığını söyləyib.