NATO-nun növbəti sammitinin yeri açıqlanıb.
Modern.az xəbər verir ki, NATO-nun növbəti sammiti 2023-cü ildə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.
Bu barədə alyansın baş katibi Yens Stoltenberq Madriddə keçirilən NATO sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Növbəti sammit gələn il Vilnüsdə baş tutacaq”, - Yens Stoltenberq söyləyib.