Gürcüstanın xarici dövlət borcu artaraq cari ilin birinci rübünün sonuna 22,1 milyard ABŞ dollara çatıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı rəsmi məlumat yayıb.
Bildirilib ki, xarici dövlət borcu ümumi daxili məhsul (ÜDM) istehsalının 110,8 faizinə bərabərdir. Borcun 6,1 milyard dolları ilin birinci rübündə formalaşıb. Gürcüstanın xalis xarici borcu 13,3 milyard dolları və ya ÜDM-in 67 faizini təşkil edib.
Məlumata görə, xarici borcun 6,3 milyard dolları və ÜDM-in 31,7 faizi dövlət sektorunun, 5 milyard dollar və ya ÜDM-in 25 bank sektorunun payına düşür.