Modern.az

İsrailin yeni baş nazirinin kimliyi bilindi

İsrailin yeni baş nazirinin kimliyi bilindi

Dünya

1 İyul 2022, 12:22

“Eş Atid” partiyasının lideri Yair Lapid İsrailin yeni Baş naziri olub.

 

Modern.az xəbər verir ki, Y.Lapid Knessetə noyabrın 1-də keçiriləcək seçkilərdən sonra yeni koalisiya qurulana qədər Baş nazir vəzifəsini icra edəcək.

 

İyulun 3-də onun başçılıq etdiyi hökumətin ilk iclası keçiriləcək.

 

Qeyd edək ki, ötən gün İsrail Knesseti özünün buraxılması haqqında qanun layihəsini təsdiqləyib. Parlament telekanalı iclasın gedişini birbaşa yayımlayıb.

 

Deputatlar qanun layihəsini ikinci və üçüncü oxunuşda müzakirə ediblər. Sənədin qəbul edilməsindən sonra 24-cü çağırış Knessetin buraxılması elan olunub, Baş nazir postu koalisiya razılaşmasına müvafiq olaraq Naftali Bennetdən xarici işlər naziri Yair Lapidə keçib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi