Meymunçiçəyindən sağalan məşhur aktyor xəstəliyin gedişatından danışıb.
Modern.az xəbər verir ki, amerikalı sənətçi Mett Ford bir müddət əvvəl meymunçəçəyi virusuna yoluxub. 30 yaşlı aktyor xəstəliyi ağır keçirdiyini söyləyib:
"Bu yaxınlarda bildim ki, yaxın təmasda olduğum bir dostum meymunçiçəyi virusuna tutulub. Dərhal bədənimi nəzərdən keçirdim və qasıq nahiyəmdə bəzi qabarcıqlar gördüm. Bu, sızanaq, yaxud da batmış tüklərə bənzəyirdi, lakin onlar sızanaqdan çox böyük idilər. Ertəsi gün qripə bənzər simptomlar hiss etdim, buna görə də meymunçiçəyi testi oldum və nəticəm pozitiv çıxdı. Yoluxan zaman bədənimin müxtəlif yerlərində 25-dən çox qabarcıq və səpkilər var idi".
Aktyor xəstəlik dövründə ağrıların dözülməz olduğunu, gecələr yata bilmədiyini vurğulayıb.
Qeyd edək ki, amerikalı aktyor Mett Ford meymunçiçəyinə yoluxan ilk məşhurdur.
Elmar Hüseynov