Modern.az

Odessada ölənlərin sayı artdı

Odessada ölənlərin sayı artdı

1 İyul 2022, 17:48

Odessa vilayətində raket hücumu nəticəsində ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, gecə saatlarında Rusiya qoşunlarının Odessaya hücumu zamanı ölənlərin sayı 21 nəfərə çatıb.

 

Odessa Regional Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk bildirib ki, ölənlər arasında 12 yaşlı uşaq da var.

 

Qeyd edək ki, iyulun 1-ə keçən gecə Ukraynanın Odessa vilayəti raket atəşinə tutulub. Rusiya qoşunlarının endirdiyi raket raketlərdən biri yaşayış binasına, digəri Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir bloku tamamilə dağılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi