Modern.az

Özbəkistandakı toqquşmalarda ölənlər var

Özbəkistandakı toqquşmalarda ölənlər var

3 İyul 2022, 19:25

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstanda baş verən toqquşmalarda itkilər olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

O, bu gün etirazların baş verdiyi Nukus şəhərinə səfər edib.

 

Prezident dinc sakinlər və hüquq-mühafizə orqanları əməkdaşları arasında itkilər olduğunu deyib.

 

Prezident Qaraqalpaqıstanın bütün rayon rəhbərlərinin iştirakı ilə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, asayişin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi ilə bağlı müşavirə keçirib.

 

"Təəssüf ki, mülki şəxslər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilər var", - Mirziyoyev deputatlar qarşısında çıxışı zamanı deyib. O, ölənlərin sayını açıqlamayıb.

 

Mirziyoyev bildirib ki, iğtişaşçılar Şimali-Qərbi Qaraqalpaqıstan bölgəsinin paytaxtı Nukus şəhərində daş atmaqla, yanğınlar törətməklə və polisə hücum etməklə "dağıdıcı hərəkətlər" həyata keçiriblər.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi