Modern.az

Daha bir qadın köpək balığının qurbanı oldu

Daha bir qadın köpək balığının qurbanı oldu

3 İyul 2022, 19:36

Misirdə daha bir qadın köpək balığının hücumu nəticəsində həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Misirin Ətraf Mühit Nazirliyi məlumat yayıb.

 

Köpək balığı qadının ayağını və əlini dişləyib, o, xəstəxanada dünyasını dəyişib.  

 

Bundan əvvəl analoji hadisə iyulun 1-də baş verib. Hökumət bölgədə üç gün ərzində üzgüçülük, dalğıc və balıq tutmağı qadağan edib. Çimərliklər xüsusi lentlərlə hasarlanıb.

 

Turistlərə xəbərdarlıq edilir ki, köpək balıqlarının hücumu təkcə dərinlikdə deyil, həm də sahilə yaxın ərazidə baş verə bilər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi