Modern.az

Ukrayna Lisiçansk şəhərinin ələ keçirildiyini TƏSDİQLƏDİ

Ukrayna Lisiçansk şəhərinin ələ keçirildiyini TƏSDİQLƏDİ

3 İyul 2022, 21:10

Ukrayna ordusu gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etmək məcburiyyətində qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, yaylım atəşli reaktiv sistemləri ilə Ukrayna ordusunun mövqelərinə atəş açıb, hərbçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib.

 

Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Lisiçansk şəhərinin ələ keçirildiyini və Luqansk vilayətində nəzarətin tam ələ alındığını elan edib.

 

Akif İsmayılov 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi