Modern.az

İsrail ilk dəfə Mərakeşdə hərbi təlimə qatıldı 

İsrail ilk dəfə Mərakeşdə hərbi təlimə qatıldı 

3 İyul 2022, 21:50

İsrail ilk dəfə Mərakeşdə keçirilən beynəlxalq hərbi təlimdə müşahidəçi ölkə kimi iştirak edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyi məlumat yayıb.

 

Məlumatda ABŞ Afrika Komandanlığı (AFRICOM) və Mərakeş Silahlı Qüvvələrinin rəhbərlik etdiyi “Afrika Aslanı 2022” təliminə ilk dəfə olaraq İsrail ordusu və Müdafiə Nazirliyinin rəsmilərinin müşahidəçi qismində qatıldığı qeyd olunur.

 

İsrailin təlimdə iştirakının iki ölkə arasında təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində bir addım olduğu bildirilir.

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il dekabrın 10-da ölkəsinin Mərakeşin Qərbi Sahara bölgəsi üzərindəki suverenliyini tanıdığını və regionun Dahla şəhərində ABŞ konsulluğunun açılacağını elan edib.

 

Həmin gün Rabat İsraillə 2000-ci ildə dayandırdığı diplomatik münasibətləri bərpa etmək qərarına gəlib. Mərakeş bu qərarla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Sudandan sonra İsraillə normallaşma razılaşması əldə edən dördüncü ərəb ölkəsi olub.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi