Modern.az

Bu ölkə Ukraynaya qırıcı verə bilər 

Bu ölkə Ukraynaya qırıcı verə bilər 

3 İyul 2022, 22:47

Slovakiya Ukraynaya MiQ-29 döyüş təyyarələri və Sovet dövründən qalma tanklar verə bilər.

 

Modern.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Eduard Heger bildirib.

 

O, çexiyalı həmkarı Peter Fiala ilə birgə keçirdiyi mətbuat konfransında Ukrayna tərəfinin xahişi nəzərə alınaraq, bu barədə detallı danışmaq istəmədiyini qeyd edib. 

 

Slovakiya MiQ-29-ların əvəzinə F-16 təyyarələrini alana qədər Çexiyadan hava məkanının qorunması üçün kömək istəyib.

 

Peter Fiala isə Çexiyanın bu mövzuda kömək edəcəyini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi