Modern.az

Fransa 100 min ukraynalı qaçqın qəbul edib 

Fransa 100 min ukraynalı qaçqın qəbul edib 

3 İyul 2022, 23:50

Fransa müharibə başlayandan bəri Ukraynadan 100 mindən çox qaçqını qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın Nazirliklərarası Böhran Mərkəzinin rəhbəri Cozef Zimet "Le Monde" qəzetinə bildirib.

 

“Fransada 100 mindən çox ukraynalı qəbul etdik. Son vaxtlar qaçqınların qəbulunun dinamikası azalmağa başlayıb, lakin buna baxmayaraq, Fransa hər həftə təxminən 300 nəfəri qəbul edir", - deyə o qeyd edib. 

 

"Biz effektiv qəbul sistemi qurmuşuq, 18 mindən çox uşaq artıq məktəbə gedib", - Zimet bildirib.

 

Zimetin sözlərinə görə, münaqişədən əvvəl Fransada 19 minə yaxın ukraynalı yaşayırdı.

 

"Ukrayna hakimiyyəti 2023-cü ilə qədər normal həyata qayıtmağı gözləmir, ona görə də gələn il də qaçqınların əhəmiyyətli hissəsi burada qalacaq. Bu, həmin insanların köçürülməsini təşkil etmək üçün bizdən yeni yanaşma tələb edir", - o vurğulayıb.

 

Zimet qeyd edib ki, Fransa hakimiyyəti 50 min ukraynalının hazırda harada yaşadığı barədə məlumatı yoxdur.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi