Modern.az

Britaniya Belarusa dəbdəbəli çantalar satmayacaq 

Britaniya Belarusa dəbdəbəli çantalar satmayacaq 

4 İyul 2022, 19:53

Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Sanksiyaların tətbiq edilməsinə səbəb kimi Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynadakı müharibəni dəstəkləməsi göstərilir.

 

Qadağa ümumi dövriyyəsi 60 milyon funt sterlinq (111,5 milyon dollar) olan ticarətə təsir edəcək. Rəsmi olaraq London sabah, iyulun 5-də yeni məhdudiyyətlər elan etmək niyyətindədir.

 

Bundan əlavə, Britaniya hakimiyyəti zərif məhsulların və dəbdəbəli malların, o cümlədən dizayner çantalarının və sənət əsərlərinin ixracını qadağan edəcək. Həmçinin, Belarus şirkətlərinə Londonda borc və qiymətli kağızlar buraxmağı qadağan etməklə Belarusun “dünya səviyyəli Britaniya maliyyə xidmətlərinə” çıxışı məhdudlaşdırılacaq. Kvant hesablamalarında istifadə olunan qabaqcıl texnologiya komponentlərinin ixracı da qadağan olunacaq.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi