Modern.az

İtaliyanın Baş naziri Türkiyəyə gəlir

İtaliyanın Baş naziri Türkiyəyə gəlir

Dünya

4 İyul 2022, 22:31

İtaliyanın Baş naziri Mario Draqi sabah Türkiyəyə rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Draqi Türkiyəyə səfəri çərçivəsində Prezident Ərdoğan ilə Türkiyə-İtaliya Üçüncü Hökumətlərarası Zirvə Görüşünə rəhbərlik edəcək.

 

Müvafiq nazirlərin iştirakı ilə keçiriləcək sammitdə Türkiyə-İtaliya münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

 

İkitərəfli münasibətlər, Türkiyə-Avropa İttifaqı münasibətləri, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi