Modern.az

İsrailin yeni baş naziri Fransada - İran müzakirə edildi 

İsrailin yeni baş naziri Fransada - İran müzakirə edildi 

Dünya

5 İyul 2022, 18:40

İsrailin müvəqqəti baş naziri Yair Lapid ilk xarici səfərini Fransaya edib.

 

Modern.az xəbər verir ki, o, Parisdə Fransa lideri Emmanuel Makron ilə görüşüb.

 

Makron görüşdən əvvəl bildirib ki, Yair Lapid yeni baş naziri olduğu üçün İsrail xalqı şanslıdır. Makron, həmçinin deyib ki, İsrail və Fələstin hakimiyyəti arasında gərginliyi azaltmaq üçün siyasi dialoqa alternativ yoxdur.

 

Görüş zamanı liderlər İranla nüvə sazişini müzakirə ediblər. Lapid səfəri öncəsi Makrona İrana nüvə danışıqları ilə bağlı təzyiq edəcəyini bildirib. 

 

Makron JCPOA kimi tanınan və 2015-ci ildə imzalanmış nüvə sazişinin bərpasına dair danışıqların İsrail də daxil olmaqla, regional tərəfdaşların maraqlarını nəzərə almaqla uğur qazanması lazım olduğunu deyib.

 

"Biz nüvə sazişini müdafiə etməliyik. Bölgədəki dostlarımızın, ilk növbədə İsrailin maraqlarını nəzərə almalıyıq", - Makron Lapid ilə birgə mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

 

İranın nüvə proqramını məhdudlaşdıran saziş 2015-ci ildə imzalanıb. ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra müqavilədən çıxdığını elan edib. Bayden prezident seçildikdən sonra nüvə sazişinin bərpa ediləcəyini bildirib.

 

Vyanada bir sıra danışıqlar aparılsa da, mart ayından etibarən müzakirələr dayandırılıb. Buna səbəb Tehranın Vaşinqtondan İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın terrorçu təşkilatlar siyahısından çıxarmaqda israr etməsi olub.

 

Sazişin tərəfləri Almaniya, İngiltərə, Çin, Fransa və Rusiyadır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi