Türkiyənin milli müdafiə naziri Hulusi Akar İtaliyanın müdafiə naziri Lorenzo Guerini ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Akar Türkiyə və İtaliya arasında 3-cü Hökumətlərarası Konfrans üçün Ankarada səfərdə olan İtaliya müdafiə nazirini qəbul edib.
Görüşdə hər iki ölkənin hərbi rəsmiləri də iştirak edib.
Akif İsmayılov