Böyük Britaniya daha iki rusiyalını “dezinformasiya yaymaq və Rusiyanın Ukraynadakı hərəkətlərini asanlaşdırmaq” üçün fəaliyyət göstərdiklərinə görə sanksiyalar siyahısına daxil edib.
Modern.az xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında yayılıb.
Məlumata görə, Denis Qafer və Valeriya Kalabaevaya sanksiya tətbiq edilib.
Britaniya Xarici İşlər Nazirliyi bu şəxslərin hansı Rusiya və ya Rusiyayönlü təşkilatlar, məmurlar və ya iş adamları ilə əlaqəli olduğunu açıqlamayıb. İctimai platformalarda onların fəaliyyəti ilə bağlı məlumat tapmaq mümkün olmayıb.
Akif İsmayılov