ABŞ Prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir.
Modern.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
"F-16 məsələsi ilə bağlı mövqeyimiz aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir", - deyə Karin Jan-Pyer vurğulayıb.
Qeyd edək ki, Prezident Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu diqqətə çatdırıb.