Modern.az

"TikTok" məhkəməyə verildi

Dünya

6 İyul 2022, 17:53

Amerikada ailələr "TikTok"u məhkəməyə  verib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb Amerikada 8 və 9 yaşlı iki qızın keçən il "TikTok"da yayılan və bir çox uşağın həyatına son qoyan “huşunu itirmə mübarizəsi” temalı video çəkərkən ölməsi olub.

 

Qeyd edək ki, ailələr şikayətləri zamanı övladlarının ölümündə tətbiqin təhlükəli alqoritmlərinin məsuliyyət daşıdığını iddia edib. Onlar bildiriblər ki, istifadəçilər bir-birilərini huşunu itirənə qədər özlərini boğmağa təşviq edib.

 

Xatırladaq ki, ailələrin şirkətdən nə qədər təzminat tələb etdiyi bəlli deyil. Amma onlar işin münsiflər heyəti qarşısında aparılmasını istəyirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir