Bolqarıstan birbaşa Avropa İttifaqının sanksiyaları altında olan Rusiyanın 890 min dollar məbləğində pul transferinə mane olub.
Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın maliyyə naziri Asen Vasilev bildirib.
Rusiya tərəfinin məlumatına görə, bu pul səfirlik işçilərinin maaşları üçün nəzərdə tutulub.
“Rusiya səfirliyinə transfer edilib, bu birbaşa Avropa Komissiyasının sanksiyalarına daxil olan vəsaitdir. Rusiya səfirliyi transferə görə sanksiyaların ləğvini xahiş edib və hazırda məsələ Avropa Komissiyası ilə razılaşdırılır. İddia olunur ki, bu, 890 min dollar məbləğində maaşlar üçün nəzərdə tutulmuş transferdir”, - Asen Vasilev bildirib.
Akif İsmayılov