Modern.az

Rusiyanın yalan yaymasına imkan verməyəcəyik” - Telefon danışığı

“Rusiyanın yalan yaymasına imkan verməyəcəyik” - Telefon danışığı

Dünya

6 İyul 2022, 21:45

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kuleba özünün sosial media hesabında məlumat yayıb.

 

Kuleba telefon danışığının G20 nazirlərinin görüşündən əvvəl baş tutduğunu bildirib.

 

"İkimiz də Rusiyanın təcavüzünü diqqət mərkəzində saxlayacağıq və Rusiyanın yalan yaymasına imkan verməyəcəyik. Biz ABŞ və digər tərəfdaşlardan ağır silahların tədarükünü sürətləndirmək üçün addımlarımızı koordinasiya edirik”, - deyə XİN başçısı qeyd edib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir