Modern.az

Türkiyə səfiri Ukrayna XİN-ə çağırıldı

Türkiyə səfiri Ukrayna XİN-ə çağırıldı

7 İyul 2022, 17:22

Türkiyənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna XİN-nin sözçüsü Oleq Nikolenko bildirib.

 

O, səfirin XİN-ə çağırılmasına səbəb kimi bir müddət əvvəl Ukrayna taxılını daşıyan Rusiya bayraqlı “Jibek Zholı” gəmisinin Sakaryanın Karasu dənizinə getməsini göstərib.

 

Oleq Nikolenko bu hadisəni qəbuledilməz adlandırıb:

 

“Bu, qəbuledilməz vəziyyətdir. Türkiyənin Ukraynadakı səfiri artıq nazirliyə çağırılıb. O gəlib, bu qəbuledilməz məsələyə aydınlıq gətirəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi