Böyük Britaniyanın Baş naziri Boris Consonun istefası Ukraynaya yardıma təsir etməyəcək.
Modern.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, hökumətin başında kimin olmasından asılı olmayaraq, Ukraynaya yardımın davam edəcəyini bildirib.
"NATO və G7-də hər bir lider bacardıqca Ukraynaya yardım edəcəyinə söz verib", - deyə Kirbi qeyd edib.
Akif İsmayılov