Modern.az

COVID-19-un yeni dalğası başlayıb

COVID-19-un yeni dalğası başlayıb

Dünya

8 İyul 2022, 14:32

Avropa İttifaqında COVID-19 epidemiyasının yeni dalğası müşahidə olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi (EMA) tərəfindən məlumat yayılıb.

 

Bildirilib ki, EMA rəsmiləri yaşı 60-dan çox olanların və tibbi cəhətdən həssas insanların peyvəndin ikinci gücləndirici dozasını qəbul etmələrini tövsiyə ediblər.

 

Agentliyin peyvənd strategiyasına cavabdeh rəsmisi Marko Kavaleri bildirib ki, Aİ-nin bir çox ölkəsində "Omicron" ştamının yüksək yoluxucu mutasiyaları ilə idarə olunan COVID-19-un yeni dalğası başlayıb. BA.4 və BA.5 variantlarının bütün qitədə dominant olmasının gözlənildiyini deyən M.Kavaleri bu variantların iyulun sonuna kimi bütün digər variantları əvəz edəcəyini qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir