Modern.az

Gürcüstana gələn rus turistlərin sayı 500% artıb 

Gürcüstana gələn rus turistlərin sayı 500% artıb 

Dünya

8 İyul 2022, 18:54

İyun ayında Gürcüstana 90 min 239 Rusiya vətəndaşı gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti yanında Milli Turizm Administrasiyası məlumat yayıb.

 

Bu, ötən yayın ilk ayı ilə müqayisədə 503% çoxdur. Məlumata görə, bu göstəriciyə əsasən Rusiya Federasiyasının vətəndaşları digər ölkələrdən gələnləri qabaqlayır.

 

Gürcüstana gələn turistlərin sayına görə, ikinci yerdə Türkiyə (62 192 ziyarətçi), üçüncü yerdə Ermənistan (61 974) qərarlaşıb. Ümumilikdə isə statistik məlumatlara əsasən, iyun ayında Gürcüstana xaricdən 445 894 turist səfər edib ki, bu da 2021-ci ilin iyun ayı ilə müqayisədə 185,5% artım deməkdir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi