Anqolanın keçmiş prezidenti Xose Eduardo dos Santos vəfat edib.
Modern.az xəbər verir ki, 79 yaşlı eks-prezident uzun sürən xəstəlikdən sonra İspaniyanın Barselona şəhərində müalicə aldığı Teknon klinikasında dünyasını dəyişib.
Anqolada beş günlük milli matəm elan edilib.
Afrikanın ən uzun müddət hakimiyyətdə olan liderlərindən biri olan Santos beş il əvvəl istefa verib.
1942-ci ildə anadan olan sabiq Anqola lideri 1963-1969-cu illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.
Akif İsmayılov