Modern.az

İran Xəzər dənizində hərbi təlimlərə başladı 

İran Xəzər dənizində hərbi təlimlərə başladı 

8 İyul 2022, 23:59

Bu gün İran İslam Respublikası Xəzər dənizində “Sabit Təhlükəsizlik 1401” adlı hərbi təlimlərə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

 

Ölkənin Hərbi Dəniz Qüvvələri komandanının müavini Hamzeh Əli Kaviani İranın hər il Xəzər dənizində “Daimi Təhlükəsizlik” təlimləri keçirdiyini bildirib və əlavə edib ki, bu il təlimlərdə raket gəmiləri, helikopterlər və pilotsuz uçuş aparatları iştirak edir.

 

Hər il keçirilən hərbi təlimlərin məqsədi hərbi birləşmələr arasında qarşılıqlı əlaqə yaratmaq və təcrübə mübadiləsi aparmaqdır.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi