Modern.az

Britaniyanın müdafiə naziri Baş nazir olmaq istəmədi 

Britaniyanın müdafiə naziri Baş nazir olmaq istəmədi 

9 İyul 2022, 18:11

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Boris Consonun postunu tərk etməsindən sonra Baş nazir seçilmək niyyətində olmadığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.

 

"YouGov" təşkilatının keçirdiyi sorğuya əsasən, Uolles Baş nazir postu üçün favorit hesab edilir. Mühafizəkarlar Partiyasının 716 üzvü arasında keçirilən sorğunun nəticələrinə görə, o 13% səslə lider olub.

 

"Həmkarlarım və ailəmlə diqqətlə düşünüb müzakirə etdikdən sonra Mühafizəkarlar Partiyasının liderlik yarışında iştirak etməmək qərarına gəldim", - deyə Uolles yazıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi