Modern.az

Zelenski Almaniyadakı səfiri işdən çıxardı

Zelenski Almaniyadakı səfiri işdən çıxardı

9 İyul 2022, 19:12

Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski qərar imzalayıb.

 

Qeyd edək ki, işdən çıxarılan Andrey Melnikin 47 yaşı var. O, 2014-cü ildən Ukraynanın Almaniyadakı səfiri vəzifəsində çalışıb.

 

Bundan əvvəl Almaniyanın "Bild" nəşri mənbələrə istinadən yazıb ki, Melnik xarici işlər nazirinin müavini vəzifəsinə keçə bilər. Ukrayna hökumətinin nümayəndəsi isə nəşrə bildirib ki, təklif Zelenskidən gəlib. 

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi