Meksikanın keçmiş prezidenti Luis Exeveriya vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Meksika lideri Andres Manuel Lopez Obrador "Twitter" səhifəsində məlumat yayıb.
Eks-prezident 100 yaşında dünyasını dəyişib. Exeveriya 1970-1976-cı illərdə Meksikaya rəhbərlik edib.
Keçmiş prezident ölkənin rəhbəri olmazdan əvvəl Meksikanın daxili işlər naziri vəzifəsini icra edib. O, 1968-ci il oktyabrın 2-də Mexiko şəhərinin Tlatelolko bölgəsində dinc nümayiş keçirən minlərlə tələbəyə atəş açmağı əmr etməkdə ittiham edilirdi.
Akif İsmayılov