Modern.az

Roma Papası Kiyevə getməyə HAZIRLAŞIR

Roma Papası Kiyevə getməyə HAZIRLAŞIR

Dünya

10 İyul 2022, 19:25

Roma Papası Fransisk avqust ayında Ukraynaya səfər edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Vatikan dövlətləri ilə əlaqələr üzrə katib arxiyepiskop Pol Riçard Qallager məlumat verib.

 

Qallager İtaliyanın "Rai1" telekanalına müsahibəsində deyib ki, səfər iyulun sonunda, Papanın Kanadaya səfərindən sonra baş tuta bilər.

 

Roma Papası dəfələrlə Ukraynada hərbi əməliyyatların dayandırılmasının zəruriliyindən, həmçinin bu ölkəyə səfər etmək istəyindən danışıb.

 

“Ukraynaya getmək istərdim. Amma bunu etmək üçün münasib anı gözləməliyəm, çünki düzgün qərar vermək asan deyil”, - deyə o bildirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi