ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-18 "Super Hornet” döyüş təyyarəsi dənizə düşüb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ donanması məlumat yayıb.
Bildirilir ki, Aralıq dənizində güclü külək ABŞ donanmasının “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindəki F-18 qırıcısını dənizə salıb.
Hadisə zamanı 1 hərbçi yaralanıb. Qəza ilə bağlı araşdırma aparılır.