Modern.az

150 km mənzilli silahlara ehtiyac var - Reznikov

150 km mənzilli silahlara ehtiyac var - Reznikov

Dünya

10 İyul 2022, 21:36

Ukrayna Silahlı Qüvvələrinə daha çox silah çatdırılmasına ehtiyac var. 

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “The Wall Street Journal”a müsahibəsində bildirib.

 

O deyib ki, 150 kilometr məsafədəki hədəfləri vura bilən uzun mənzilli silahlar lazımdır.

 

ABŞ-ın verdiyi HİMARS raket sistemləri Ukraynada müharibə qaydalarını dəyişib, lakin daha çoxuna ehtiyac var: "Ruslar 120 kilometri vura bilən raket sistemlərindən istifadə edirlər. Ona görə də bizə daha uzaq - 150 kilometr mənzilli silahlar lazımdır", - Reznikov əlavə edib.

 

Reznikov qeyd edib ki, Ukrayna hərbçilərinin əlavə pilotsuz uçuş aparatlarına da ehtiyacı var. O bildirib ki, ABŞ-ın Ukraynaya verdiyi PUA-larda müdaxilələrin qarşısını alan proqram təminatı yoxdur. Nazir həmçinin qeyd edib ki, ordunun NLAW və "Javelin" tank əleyhinə sistemlərə ehtiyacı var, lakin hərbi əməliyyatların xarakterindəki dəyişikliklərə görə onlar “artıq prioritet deyil”.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi