Modern.az

Daha bir Avropa lideri Kiyevə səfər edib 

Daha bir Avropa lideri Kiyevə səfər edib 

Dünya

11 İyul 2022, 18:25

Niderlandın Baş naziri Mark Rutte iyulun 11-də Ukraynaya səfər edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Niderlandın NOS agentliyi məlumat yayıb .

 

O, Kiyev və İrpinə səfər edib. 

 

“Əlbəttə, biz hamımız fotoşəkilləri görmüşük, amma burada öz gözlərimizlə görürük.”,- deyə Rutte İrpinə səfəri zamanı deyib. Baş nazirin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.

 

Niderland Almaniya ilə birlikdə Ukraynaya hərbi yardım göndərib. İyunun 29-da iki ölkə Ukraynaya əlavə altı PzH 2000 (Panzerhaubitzen) haubitsaları tədarük etmək planlarını açıqlayıblar. May ayında Almaniya artıq Ukrayna əsgərlərinə bu haubitsaları idarə etmək üçün təlim keçirməyə başlayıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi