Modern.az

Məşhur rejissor həbs edildi 

Məşhur rejissor həbs edildi 

11 İyul 2022, 18:55

Məşhur iranlı rejissor Cəfər Pənahi həbs edilib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o, digər rejissorların həbsinə etiraz etdiyinə görə saxlanılıb.

 

Pənahi həbs edilən rejissorlar Məhəmməd Rəsulof və Mustafa Ələhmədin azadlığa buraxılmasını tələb edib.

 

Qeyd edək ki, Rəsulof və Ələhməd iyulun 8-də saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi