Ukraynada müharibə zamanı 7,2 minə yaxın insan itkin düşüb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissarı Oleq Kotenko bildirib.
O deyib ki, itkin düşən Ukrayna əsgərlərinin əksəriyyəti əsirlikdədir.
“Onlar gec-tez mübadilə siyahısına salınacaq və evlərinə qayıdacaqlar. Biz itkin düşənlərin sağ olduğunu dəqiq bildiyimiz zaman belə olur”, - deyə Kotenko qeyd edib.
Akif İsmayılov