Modern.az

3 milyondan çox ukraynalı ölkəsinə qayıdıb

3 milyondan çox ukraynalı ölkəsinə qayıdıb

Dünya

11 İyul 2022, 23:15

Hazırda Avropa İttifaqının sərhədləri daxilində 3,2 milyondan 3,7 milyona qədər ukraynalı qaçqın var. 

 

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının daxili işlər üzrə komissarı Ylva Yohansson bildirib.

 

Ümumilikdə 6,7 milyon ukraynalı Avropa sərhədini keçib, lakin onlardan 3 milyona yaxını artıq öz vətənlərinə qayıdıb.

 

Praqada Aİ daxili işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında xanım Yohansson bildirib ki, 3,5 milyon insan Ukraynaya qayıdıb, 3,7 milyon insan isə Avropada sığınacaq üçün qeydiyyatdan keçib.

 

Ylva Yohansson bildirib ki, vəziyyət pisləşərsə, Avropa İttifaqı konkret plan üzərində işləyir, Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinin nə olacağını və Ukrayna tərəfinin cavabının necə olacağını proqnozlaşdırmaq çətindir.

 

BMT-nin məlumatına görə, Rusiya hərbi əməliyyatları başlayandan 8,7 milyon insan Ukraynanı tərk edib, 3,2 milyonu ölkəyə qayıdıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi