Modern.az

Rusiyanın hücum cəhdinin qarşısı alınıb - Ukrayna

Rusiyanın hücum cəhdinin qarşısı alınıb - Ukrayna

12 İyul 2022, 09:21

Ukraynalı müdafiəçilər Xarkov vilayətinin Dementyevka istiqamətində düşmənin hücum cəhdini dəf ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, düşmən eyni zamanda Xarkov şəhəri və Tişki, Bezruki, Dementivka, Lesnoye, Slatino, Prudyanka və Zoloçiv yaşayış məntəqələrini artilleriya və reaktiv sistemlərdən atəşə tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi