Modern.az

Şuşan Stepanyanın yerinə o təyin olundu

Şuşan Stepanyanın yerinə o təyin olundu

12 İyul 2022, 12:26

Uzun fasilədən sonra Ermənistan Müdafiə Nazirliyinə mətbuat katibi təyin edilib.

 

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu vəzifəyə 29 yaşlı Aram Torosyan təyinat alıb.

 

O, İrəvan Dövlət Universitetinin fəlsəfə və psixologiya fakültəsini bitirib. Arxivdə işləyib, eyni zamanda Matenadaran Qədim Əlyazmalar İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru olub.

 

A.Torosyanın sonuncu iş yeri Matenadaran-Qandzasar Elm və Mədəniyyət Mərkəzi olub. O, Mərkəzin direktoru olub. Ailəlidir, bir oğlu var.

 

Qeyd edək ki, ondan əvvəl bu vəzifəni icra edən Şuşan Stepanyan Vətən müharibəsindən sonra - 2020-ci ilin noyabr ayında tutduğu vəzifən azad olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi